Tariximiz

Haqqımızda

Azlux Architecture Design 2006-cı ildən memarlıq və inşaat sahəsində fəaliyyət göstərən aparıcı şirkətdir. İllər ərzində həm dövlət, həm də özəl sektorda bir çox prestijli layihələr həyata keçirmişik. Parklardan tutmuş biznes mərkəzlərinə qədər, biz ən müxtəlif obyektlərin dizaynını və inşaatını uğurla başa çatdırmışıq.

Biz ölkədən kənarda da uğurlu layihələr reallaşdırmışıq, o cümlədən Çeçenistanın paytaxtı Qroznıda və Qazaxıstanda irimiqyaslı işıqlandırma və inşaat layihələri üzərində çalışmışıq.

Azlux Architecture Design – yüksək keyfiyyət, innovativ yanaşma və kompleks həllər ilə tanınır. Şirkətimiz eskizdən tam hazır layihəyədək hər mərhələdə peşəkar xidmət göstərir və hər bir layihəni müştərimizin tələblərinə uyğun fərdi yanaşma ilə reallaşdırır.
 

Biz kimik?

Azlux Architecture Design təcrübəli mühəndis, memar və dizaynerlərdən ibarət komandadır. Biz sizin ideyalarınızı reallığa çevirmək üçün buradayıq.