Xidmətlərimiz

Dizayn- Proekt

Dizayn- Proekt

Layihənin daxili dizaynı

Dizayn-layihə - bu, mənzilin/evin müxtəlif plan variantlarından, sxemlərindən, texniki planlarından, 3D-vizuallaşdırmadan, illüstrasiyalardan, zəruri materialların və mebellərin seçimindən ibarət olan kompleks sənədlər paketidir. Hazır layihə inşaatçılar üçün təlimat hesab olunur.

Azlux Architecture Design memarlıq və dizayn-layihələndirmə ilə əlaqədar aşağıda göstərilən bütün xidmətləri təklif edir:

  • dizayn-layihənin hazırlanması;
  • tikinti materiallarının seçimi və çatdırılması;
  • dekor işləri və mebel seçimi; 
  • müəllif nəzarəti.

                Mütəxəssislərimizin böyük təcrübəsi, o cümlədən, dizayn sahəsində beynəlxalq nailiyyətlər və müasir tendensiyalar sayəsində sifarişçilərimizin xəyallarına uyğun müxtəlif memarlıq və interyer həlləri hazırlaya bilirik. 

Bir zamanlar stilistik çərçivələr dizaynın inkişaf istiqamətlərini müəyyənləşdirirdi. Müasir dizayn isə heç bir stilistik çərçivəyə sığmır. O, ən müxtəlif motivləri özündə əks etdirir, yeni ifadə vasitələri kəşf edir və bunun da nəticəsi olaraq sərhədsiz imkanlar qazanır. Bizim memar və dizaynerlərimizin geniş bədii vasitələr və stilistik üslublar seçimi vardır. Onlar gələcək axtarışında keçmişi və gələcəyi birləşdirirlər.

 

Sifarişçi ilə iş:

  1. Eskizin hazırlanması (layihə ideyaları):

• otaqlarda ölçmə işlərinin aparılması;

• ölçülü çertyojun hazırlanması;

• planlaşdırma sxemlərinin ən azı 3 variantının hazırlanması;

• mebellərin yerləşdirilməsi.

 

  1. Dizayn-layihənin hazırlanması:

• binanın yekun planı;

• mebel yerləşdirilməsi ilə otaqların planı;

• döşəmələrin planı;

• tavanların planı;

• işıqlandırma avadanlıqlarının sxemi;

• rozetkaların düzülüş sxemi;

• mebel, santexnika, tikinti materiallarının ilkin seçimi;

• qrafika üsulla otaqların perspektivlərinin hazırlanması.

 

  1. İşçi layihənin hazırlanması:

• ölçmə çertyoju;

• divarların və arakəsmələrin sökülməsi planı;

• arakəsmələrin montaj planı;

• adları və detalları göstərilməklə mebellərin yerləşdirilməsi planı;

• döşəmə örtükləri nəzərə alınmaqla döşəmə planı;

• “isti döşəmə”lərin yerləşdirmə planı;

• tavanların planı;

• işıqlandırma avadanlıqlarının planı;

• işıqlandırma avadanlıqlarının spesifikasiyası;

• rozetkaların yerləşdirilməsi planı;

• sanitar-texniki avadanlığın quraşdırılması planı;

• kəsiklər;

• kafel düzümü;

• divarların dekorativ elementlərlə bəzədilməsi;

• material siyahısı;

• qapıların siyahısı;

• otaqların rəngli perspektivləri;

• tikinti materiallarının seçilməsi.

  1.  Müəllif nəzarəti:

• Ümumi inşaat işləri mərhələsində işlərin layihəyə uyğunluğuna nəzarət;

•Tamamlama işləri mərhələsində interyerin dekorativ elementlərinin və rəng həllərinin layihəyə uyğunluğuna nəzarət;

• Sifarişçi ilə obyektin birgə qəbulu.

 

Daxili dekorasiya

• mebelin, santexnikanın, pərdələrin, tekstil materiallarının, aksesuarların seçilməsi və sifarişi.