Yaşayış kompleksi
Binaların layihələndirilməsi, inşaat texnologiyalarının və materiallarının seçimi zamanı hər bir obyektə uyğun müxtəlif normativ və standartlar tətbiq olunur. Bu standart və normativlər binanın təyinatından, istismar müddətindən, mərtəbə sayından və s. asılıdır.
İnşaat sənədləşmələrinə əsasən, “bina” dedikdə iş, təhsil, istirahət kimi müxtəlif fəaliyyət sahələrinə uyğun olan tikili nəzərdə tutulur. Yaşayış evləri də, sənaye sexləri də bina hesab olunur. Təyinatından asılı olmayaraq bütün binaları dörd qrupa ayırmaq olar:
- Funksional
- Texniki
- Memarlıq
- İqtisadi
Həmçinin, əsas bina növləri də mövcuddur:
- Mülki binalar
- Sənaye binaları
- Kənd təsərrüfatı binaları
Azlux Architecture Design Azərbaycanın hər yerində sənaye, inzibati, ofis və yaşayış binalarının tikintisi ilə məşğuldur.