Restoran

 

 

Həm dadlı yemək, həm də rahatlıq və gözəllik

 

Müasir kafelər, restoranlar yalnız dadlı yeməklər və yaxşı xidmət yox, həm də rahat atmosfer deməkdir. Qonaqlar sizin restoranınızda özlərini yaxşı hiss etməlidirlər.

Unutmayın ki, insanlar sizin restoranınıza həm dadlı yemək, həm də rahatlıq əldə etmək və istirahət üçün gəlirlər.

Mətbəx restoranın ürəyidir

Restoranınızın uğuru mətbəx layihəsinin düzgün hazırlanmasından asılıdır.  Mətbəx layihəsi tərtib olunarkən, bəzi mühüm məqamlar, məsələn, restoranın spesifikliyi və konsepsiyası nəzərə alınmalıdır. Mətbəxin ölçüsü mütləq müəssisənizin sinifinə uyğun olmalıdır.

Hər hansı bir müəssisənin interyerini tərtib edərkən xarici görünüş və funksionallıq arasında harmoniya tapmaq vacibdir. Unikal daxili dizayn yaratmaq üçün bir çox amilləri nəzərə almalı və ən kiçik detallara diqqət yetirməli olacaqsınız. Gözəl, qeyri-standart dizayn sizi həmişə rəqiblərinizdən fərqləndirəcək.

Restoranlar şəbəkəsi, yaxud kiçik bir kafe açmaq istəyirsinizsə, investisiyanın bütün mərhələlərində dizaynerin köməyi sizin üçün faydalı olacaq.

 Azlux Architecture Design iaşə müəssisələrinin təchizatı üzrə ixtisaslaşmışdır. Biz sizə müəssisəniz üçün dizayn-layihənin yaradılmasında kömək edəcək, həmçinin, mövcud qanunvericilik və standartlar əsasında investisiya üçün bütün lazımi texniki sənədləri hazırlayacağıq.

 

Restoran