Маğaza

Mağazadan daha çox...

Növündən asılı olaraq hər bir mağazanın özünəməxsus və xüsusi dizaynı olmalıdır.

Mağazanın imici dizayn vasitəsilə yaradılır. Mağazanın yaxınlığından keçən alıcı, ilk növbədə, onun vitrinini görür. Vitrin bir neçə saniyə ərzində diqqəti cəlb etməli, maraq oyatmalıdır!

Bu işi peşəkar şəkildə, daha maraqlı, digərlərindən daha yaxşı etmək, məsələyə maksimum ciddi yanaşmaq lazımdır. Çünki, mağazanın interyeri alıcı uğrunda mübarizənin ön sıralarındadır. Eyni büdcə ilə siz bir-birinə tamamilə zidd olan nəticələr əldə edə bilərsiniz. Alıcının emosiyalarına maksimum təsir göstərən əşyalara və avadanlıqlara pul xərcləməkdə xəsislik etməyin. Mağazanın dizayn-layihəsi məkanın qüsurlarını gizlətməlidir. Bunu güzgülərin, işığın, rənglərin, memarlıq elementlərinin köməyi ilə etmək mümkündür. Hətta, məkanın qüsurunu (məsələn, əhəmiyyətsiz sütunu) gizlətmək mümkün olmasa belə, onu funksionallaşdırmaq və parlaq bir şəkildə vurğulamaq olar.

İşıqlandırma – rəqiblərin işıqlandırmasından zəif olmamalıdır. İşıqlandırmanız alıcıların və kassadakı satıcıların gözünü qamaşdırmamalıdır. İşıq mənbəyinin də mühüm əhəmiyyəti var.  Məsələn, LED lampaları məhsulunuzu vizual olaraq daha bahalı və gözəl göstərən güclü və gözəl işıq mənbəyidir.

Mağazanın interyeri hədəf müştərinizə uyğun olmalıdır. Aşağı və ya orta qiymətə məhsul satılan mağazanın dəbdəbəli interyerə ehtiyacı yoxdur. Bununla siz alıcını qorxuda bilərsiniz.

 

Маğaza