Xidmətlərimiz

Tikinti 

Tikinti 

 

Tikinti 

Tikinti - binaların tikintisi, habelə onların əsaslı və cari təmiri, yenidən qurulması, bərpası və yenidən qurulmasıdır.

Tikinti prosesinə obyektin yaradılması, dəyişdirilməsi və ya sökülməsi ilə bağlı bütün təşkilati, tədqiqat, layihələndirmə, tikinti-quraşdırma və istismara vermə işləri, habelə bu işlərin həyata keçirilməsi ilə bağlı səlahiyyətli orqanlarla qarşılıqlı əlaqə daxildir.

Tikintinin nəticəsi daxili təmir, işlək mühəndis və texnoloji sistemlərinə, qanunla nəzərdə tutulmuş sənədlər komplektinə malik binadır.

Təyinatından asılı olaraq, tikilməkdə olan obyektlərin aşağıdakı növləri fərqləndirilir:

• sənaye (zavodlar, fabriklər);

• nəqliyyat (yollar, körpülər, tunellər);

• mənzil və mülki tikinti (yaşayış binaları, ictimai binalar);

• hidrotexnika (bəndlər, kanallar, sahil mühafizə qurğuları, su anbararı);

• suvarma və drenaj (suvarma, drenaj sistemləri).

Hər bir tikinti növü planlaşdırma, dizayn, tikinti və istismarüçün xüsusi komanda tələb edir.

Tikinti işlərinin növləri:

• dizayn işləri;

• tikinti işləri;

• təmir işləri;

• quraşdırma işləri;

• istismara vermə işləri.

 

Nə üçün biz?

Azlux Architecture Design şirkətinin müştəriləri, memarlar, dizaynerlər və mühəndislər arasındakı geniş təcrübə və qarşılıqlı əlaqə sxemi sayəsində ən yüksək səviyyəli nəticələr əldə edirlər. Dizayn və tikinti işlərinə şəxsi layihə meneceri nəzarət edir.

 Şirkətimizdə ixtisasları zəngin portfolio ilə təsdiqlənən təcrübəli mütəxəssislər çalışır. Bu günədək mühəndislərimiz, konstruktorlarımız, dizaynerlərimiz və memarlarımız çoxlu sayda layihələr hazırlamışlar. Onların yaradıcılıq məhsulu olan kotteclər, binalar, fərdi evlər, kinoteatrlar, ticarət mərkəzləri, təhsil müəssisələri, otellər, fitness klubları, mağazalar, ofislər, restoranlar, fabriklər, körpülər, kitabxanalar və tibb müəssisələri üslubuna və mürəkkəblik səviyyəsinə görə müxtəlifdir.

“AzLux” Azərbaycanın müxtəlif bölgələrində və ölkə hüdudlarından kənarda müxtəlif şəhərdankənar müəssisələrin layihələndirilməsini və tikintisini həyata keçirmişdir.

Bizə istənilən mürəkkəbliyə malik layihəni sifariş edin və siz onu yaxın gələcəkdə yüksək keyfiyyətlə təhvil alacaqsınız.