Оtel

Otel dizaynı məkanın funksionallığı və rasional istifadəsi

 

Otel dizaynı ilk növbədə məkanın funksionallığını və rasional istifadəsini nəzərdə tutur.

Keyfiyyətli dizayn layihəsini yaratmaq üçün bir dizaynerin biliyi və təcrübəsi yetərli  deyil. Bu layihə üzərində mütəxəssislərdən ibarət komandanın, uğurlu qarşılıqlı əlaqələr yaradan peşəkarların işləməsi vacibdir.

Otel biznesində dizayner ideyaları funksionallığın, komfortun, ekologiyanın tələblərinə müvafiq olmalıdır. Dizayn otelin təmayülündən, onun yerləşməsindən və “ulduz”larından asılı olacaq. Bundan əlavə layihə sənədləşmələrinin döşəmənin çaları, holldakı işıqlar arasında məsafə kimi “xırdalıqları” nəzərdə tutan şəbəkə standartları da vardır. 

Dizayn-layihənin məqsədi – otelin yerləşdiyi ərazini vurğulamaqdır. Əlbəttə ki, bu, otel üçün müxtəlif üslubların seçimi və müxtəlif vasitələrin (bəzək rəngləri, ərazinin şəkilləri, bölgəyə xas olan yeməkləri təqdim etmək üçün istifadə olunan qablar və s.) istifadəsi ilə mümkündür.

            Biznes-klass otellərində - dəbdəbə yersizdir. Bu otellərə komfortlu minimalizm daha uyğundur. Klassika və ya high-tech daha uyğun üslublar hesab olunur.

 

 

 

 

 

Оtel