Sağlamlıq Mərkəzi

Komfortlu şəraitdə sağlamlıq

 

Yalnız dərmanlar deyil, xoş söz də, komfortlu şərait də müalicə vasitəsi ola bilər.

Tibbi interyerin yaradılması bir qədər mürəkəb prosesdir. Çünki burada hər bir konstruksiya, istənilən material sanitar-epidemioloji baxımdan təhlükəsiz, həm də yanğından mühafizə tələblərinə uyğun olmalıdır.

Təcrübəli dizayner mütləq nəzərə alacaq ki, gözləmə otağının və xəstəxana hollunun dekorasiyasında yalnız aşınmaya davamlı materiallardan istifadə edilməlidir. Siz kombinə edilmiş dayanıqlı şüşə arakəsmə sistemlərindən istifadə etməklə aptek, qarderob və qeydiyyat üçün nəzərdə tutulmuş sahələri məhdudlaşdıra bilərsiniz.

Tibbi binaların planlaşdırılması, dizayn-layihəsinin hazırlanması zamanı xəstə və sağlam insanlar arasında arzuolunmaz təmasların qarşısını almaq üçün insan axınının bölünməsi mütləq nəzərə alınır. Əməliyyat otağında isə steril və qeyri-steril dəhlizlərin yaradılması məqsədəuyğundur.

Azlux Architecture Design mütəxəssisləri hər bir kiçik detalın yalnız estetik baxımdan əhəmiyyət kəsb etmədiyi səhiyyə müəssisələrinin xüsusiyyətlərinə maraqla yanaşırlar. Hüdudsuz, keçidsiz layihələr geniş məkan hissi yaradır. Lakin əsas odur ki, bu, ağır xəstələrin sərbəst şəkildə daşınmasına imkan verir.

Sağlamlıq Mərkəzi