Ofis

 

Ofis – şirkətin simasıdır

 

Ofislərin təmiri hətta ən kiçik biznesin vacib hissəsidir. Bu, məhsuldar fəaliyyət üçün bütün komfort şərtlərinin formalaşdığı bir prosesdir.

Düzgün layihələndirilmiş ofis iş məkanının estetikliyi ilə sizi sevindirəcəkdir. Bu da öz növbəsində əməkdaşları işləməyə həvəsləndirəcək, potensial müştərilərin etibarını təmin edəcək. Unikal interyer özü şirkətin hansı fəaliyyət növü üzrə ixtisaslaşdığını göstərəcək və onun işgüzar üslubunun xüsusiyyətlərini açıqlayacaq.

Lakin tikinti bazarına qaçmağa və yaxud binanın planını cızma-qara etməyə tələsməyin.

Unutmayın ki, dizayn həyata keçirilməzdən əvvəl ən kiçik detallara qədər götür-qoy edilməlidir. Müasir ofisin planlamasında və dizaynında yalnız təqdimata deyil, həm də rahatlığa diqqət yetirilməlidir.

Beləliklə, ofisin daxili dizaynını seçmək üçün əsas meyarlar aşağıdakılardır:

  • Sahə-otaq. Tipik ofis otaqlarının sahəsi o qədər də böyük olmadığından, burada hər kvadrat metrdən mümkün qədər rasional şəkildə istifadə emək lazımdır.
  • Şirkətin fəaliyyət növü ofisin yerləşməsində kifayət qədər önəmli rola malikdir. Məsələn, hüquqi konsultasiya ofisinin interyeri şənliklərin təşkili üzrə şirkətin iş otağından əsaslı şəkildə fərqlənməlidir. Məsələn, şirkətin loqotipi kimi maraqlı bir interyer detalı fikirləşmək də yerinə düşər.
  • Funksionallıq və komfort. Otağın xarici görünüşünə önəm verərək rahat və praktik mebeldən imtina etməyin. Burada dizayna və seçilmiş üsluba xələl yetirmədən ofis interyerini rahatlaşdırmağa imkan verən "qızıl orta"nı tapmaq vacibdir. Otağı maksimum işıqlandırmaq üçün geniş pəncərələrdən istifadə edin. Pərdə lazım deyil, jalüz yetərlidir.
  • Yalnız müasir materiallardan və texnologiyalardan istifadə olunmalıdır. Ofisin xarici görünüşü müştərilərdə şirkət haqqında ilk təəssürat yaradır.

 

 

 

 

Ofis